Suriyanın `Dişi Aslanları` - FOTO

Ordu ilə terrorçular arasındakı qarşıdurmaların dördüncü ilə girdiyi Suriyada paytaxt Dəməşqin qorunması üçün yaradılan və ordunun "ən görkəmli batalyonu" halına gələn Respublika Qvardiyasının nəzdindəki Qadın Desant Batalyonu getdikcə genişlənir.
 
Maide.az xəbər verir ki, paytaxt Dəməşqin daxilində olmasına icazə verilən yeganə batalyon olan Respublika Qvardiyasına keçən yaz qəbul edilməyə başlanan və "Milli Müdafiənin Dişi Aslanları" adlandırılan qadın əsgərlərin sayı 800-ü ötüb.
 
Yaşları 20-24 arasında dəyişən və küçələrdə patrul xidməti aparmaqdan snayper olaraq sərhədlərə nəzarət etməyə qədər bir çox vəzifədə olan bu qadın əsgərlərin son fotolarında tank sürməsi isə diqqət çəkir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru