Suriya ordusu onlarla terroristi məhv edib

Suriya ordusunun terror qruplaşmalarına qarşı apardığı əməliyyatlar nəticəsində ölkənin müxtəlif bölgələrində bir qrup təkfirçi zərərsizləşdirilb.
Maide.az xəbər verir ki, Suriya İnsan Hüquqları Müdafiə Təşkilatının saytı yaydığı məlumatda Suriya ordusu ilə silahlı döyüşçülər arasında Həma şəhərinin şimalında yerləşən Ətşan kəndinin ətrafında şiddətli döyüşlərinin getdiyini bildirərək əlavə edib ki, bu toqquşmalarda bir qrup terrorçu məhv edilib və yaralanıb.
Eyni zamanda, kürd qüvvələri ilə İŞİD terror qruplaşması arasında Həske vilayətinin Tel-Həmis rayonun Ğəzilə kəndi ətrafında silahlı toqquşma baş verib.
Suriya ordusu İŞİD terrorçularına apardığı əməliyyatların davamında, onların Hələb şəhərində Səlmiyye və Osərya rayonları arasında yerləşən Tel-Xeybər bölgəsinə hücumunu dəf etməklə yanaşı, Soveyda vilayətinin şimalındakı Qəsr və Tel- Əşhib kəndlərində təkfirçi qruplaşmanın iki sığınacaq yerinə hava zərbəsi endiriblər.
Suriyanın Sana Agentliyi isə məlumat verib ki, Suriya ordusunun bölməsi Şərqi Ğute bölgəsinin cənubundakı Nule və Mərc əl-Sultan qəsəbələrində Cibhət əl-Nusra terroristlərinin sığınacağını tutaraq onlardan bir qrupunu məhv edib.
Duma şəhərində aparılan əməliyyat nəticəsində isə Ceyş əl-İslam qruplaşmasına mənsub terroristlərin bir qrup lideri Suriya ordusu tərəfindən zərərsizləşdirilib./ 

Google+ WhatsApp ok.ru