Suriya ordusu Palmiraya yaxınlaşır

Suriyanın qədim Palmira şəhəri ətrafında döyüşlər şiddətlənib. Suriya qüvvələri Rusiya hava zərbələrinin dəstəyi ilə şəhəri İŞİD terror qruplaşması üzvlərindən almağa çalışır.
 
Martın 21-də başlanan döyüşlər şəhərin 4 kilometrliyində gedir.
 
İŞİD Palmiranı ötən ilin mayında tutub. Palmira UNESCO-nun dünya irsi siyahısına salınan tarixi məkanlardandır.
 
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, İŞİD hökumət qüvvələrinin irəliləməsini önləməyə çalışır, azı 26 hökumətyönlü döyüşçü öldürülüb.
 
İŞİD-ə bağlı bir vebsayt isə intiharçının 30 əsgəri qətlə yetirdiyini yazıb./

Google+ WhatsApp ok.ru