Rusiya Xəzərdə hərbi təlimlər keçirdi

Rusiyanın Xəzər donanması Həştərxan, Mahaçqala və Kaspiysk şəhərlərində antiterror təlimləri keçirib.
 
Maide.az RİA Novosti-yə istinadən xəbər verir ki, təlimlərə 300-dən çox hərbi qulluqçu, 20-yə yaxın hərbi gəmi, kater və təchizat gəmisi cəlb olunub.
 
Təlimlərdə hərbçilər şərti terrorçuları mühasirəyə alıb məhv edir. Bundan başqa hərbi hissələrin ərazisində partlayıcı qurğuları aşkarlandıqda onları zərərsizləşdirmək üzrə hazırlıq keçirilib./
 

Google+ WhatsApp ok.ru