Suriya ordusu terrorçuların hücumunu zərərsizləşdirdi

Maide.az xəbər verir ki, Suriya ordusu ağır silahlarla İdlibin ətrafında əl-Nüsrə Cəbhəsi və onun müttəfiqlərinin mövqelərini hədəfə alıb və İdlibin ətrafındakı bölgələrdə terrorçuların bir neçə mərkəzini məhv edib. Suriya ordusu qüvvələri Qəzal və Əvər təpələrinə nəzarəti ələ keçiriblər. Eyni zamanda Mərc əl-Zəhur, Ziyadiyyə, Sərasif, əl-Zeytun səddinə qədər irəliləyib, onlarla terrorçunu məhv edib və bir qrupu da əsir götürüblər. 

Həskədə də İŞİD terrorçularının bu şəhərə hücumu uğursuz qalıb və ordu qüvvələri indiyə qədər onların bu şəhərə hücumunun qarşısını alıblar. Suriya ordusunun bu iradəsi bu şəhər əhalisinin İŞİD-lə mübarizədə ordunu dəstəkləməsinə səbəb olub.

Google+ WhatsApp ok.ru