Suriya sərhədindən nömrəsiz TIR-lar keçib

Türkiyənin Suriyaya girəcəyi yönündə iddialar səsləndirilərkən, bu gün Hataydan Suriyaya nömrəsiz TIR-ların keçdiyi bildirilir.
 
Maide.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, arasında Birləşmiş Millətlər Təşkilatının embleminin də yer aldığı maşının yerləşdiyi TIR konvoyu Cilvegözü sərhəd məntəqəsindən keçib. TIR-ların dövlət nömrə nişanlarının olmaması və sadəcə üzərlərinə saylarını bildirən nömrələr yazılması diqqət çəkib. TIR-ların içərisində nə olduğu bilinmir.
 
Türkiyədən Suriyaya keçən Nilli İstihbarat Təşkilatı TIR-larından "humanitar yardım" adı altında gedən TIR-lara qədər hökumətin reyestrinin qabarıq olduğu bilinir.
 
TIR-ların Suriyada dəstəklənən terrorçulara sursat daşıdığı dəfələrlə ortaya çıxmış, MİT TIR-ları saxlayanlara qarşı cinayət işi açmışdı. TIR-ların saxlanılması barədə göstəriş verən prokurorlar da dünən saxlanılıb.

Google+ WhatsApp ok.ru