Suyun gözlənilməz anomal xüsusiyyətləri tapıldı

Suyun gözlənilməz anomal xüsusiyyətləri tapıldı

-- “Nature Communications” jurnalı dərc edib

İsveçrənin Bazel universitetinin alimləri suyun gözlənilməz anomal xüsusiyyətlərini aşkar ediblər. Məlum olub ki, onun bir malekulu ( para-izamerlər) digərlərinə (orto-izomerlər) nisbətən daha tez kimyəvi reaksiyaya girir. Məqalə “Nature Communications” jurnalında dərc edilib.
 
Bununla bağlı “Science Alert” nəşri məlumat yayıb.
 
Suyun molekulları iki formada olur: orto və para. Onlar bir-birindən nüvə spinlərinə görə fərqlənir. O-sularda onlar eynidir, p-sularda isə bu sıfıra bərabərdir.
 
Spinlər təcrid olunmuş molekullarda dəyişə bilməz. Onlar digər molekullarla toqquşmalar və kimyəvi reaksiyalar zamanı da özünü qoruyur.
 
Ancaq hələ də spinlərin o- və r-suların müxtəlif kimyəvi xassələrini müəyyən etmək qabiliyyətinə malik olduğu aydınlaşdırmaq mümkün olmayıb.
 
Təhqiqatçılar kalsium və diazenium ionlarının plazma-tozlu kristallarının köməyi ilə ion tələsi yaradıblar və suyun müxtəlif formaları ilə reaksiyasını izləyiblər.
 
Para-izomerlər özünün dipol anları sayəsində elektrostatik sahəyə daha yaxşı meyl ediblər. Bu isə alimlərə suyun formalarının bir-birindən fərqləndirilməsinə imkan verib.
 
Məlum olub ki, para-suların molekullarının fırlanma simmetriya onları orta-sulara nisbətən 23 faiz daha reaktiv edib.
 
Buna görə, çoxatomlu molekulun ionlarla kimyəvi reaksiyaya girməsi fırlanma simmetriyasından asılıdır. (Oxu.az)
 

Google+ WhatsApp ok.ru