İsveçdə Azərbaycanla bağlı korrupsiya faktı

İsveçdə Azərbaycanla bağlı korrupsiya faktı

“Azadlıq.info” qəzeti İsveçdə Azərbaycanla bağlı korrupsiya faktının üstünün açılmasından yazır. Məqalədə bildirilir ki, dəmir yolu sövdələşməsindən 3 il sonra Rusiya vətəndaşı Azərbaycan məmurlarından rüşvət almaqda itiham edilərək İsveçdə həbs olunub.
 
İsveç polisi “Bombardier” korporasiyasının işçisini rüşvət alma şübhəsi ilə saxlayıb, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilib. Məhkəmə sənədlərinə görə, “Bombardier”-in satış direktoru Rusiya vətəndaşı olan Yevgeni Pavlov ötən cümə günü saxlanılıb. Pavlov ağırlaşdırılmış rüşvətdə şübhəli bilinir, İsveç şirkətinə edilən əməliyyatda isə bir neçə nəfərə “şübhə bildirişi” verilib. Bu barədə İsveç Prokurorluğunun anti-korrupsiya şöbəsinin prokuroru Tomas Forsberq deyib.
 
Məqalədə diqqət ona çəkilir ki, bu həbslər “Bombardier”in başında durduğu konsorsiumun Asiya və Avropanı birləşdirən Qars-Bakı dəhlizi üzrə sifarişi Azərbaycan Dəmir Yolları QSC-dən udandan 3 il sonra baş verib. Bu sövdələşmə – tərtibat, istehsal, təchizat, quraşdırma, qoşa yol xəttinin test və istismarı – 288 milyon dollar dəyərində qiymətləndirilib. Montrealda yerləşən qatar və təyyarə istehsalçısı “Bombardier”-in 203 milyon dollar payı olub.
 
Söhbət 46 stansiya üçün dəmir yolu siqnalizasiyalarından gedir. Məhkəmə sənədlərinə görə, avadanlıqlar birbaşa Azərbaycana göndərilib, pullar isə dolayı yola London firması vasitəsilə ödənilib. Nəticədə siqnalizasiyaların satışı barədə sövdələşmə iki kontrakla rəsmiləşdirilib. Birinci kontraktla avadanlıqlar 126 milyon krona (19 milyon dollar) nə ofisi, nə telefonu, nə də işçiləri olan “Multiserv Overseas”-ə satılıb. Sonra həmin bu London firması siqnalizasiyaları 695 milyon krona (104 milyon dollar) Azərbaycana satıb. Belə olduğu halda, avadanlıqların yekun dəyəri İsveç Azərbaycan yolunda 5.5 dəfə artıb.
 
İsveç prokurorluğunun versiyasına görə, Azərbaycan məmurları dəmir yolu siqnalizasiyaları ilə bağlı sövdələşmənin baş tutması üçün “Bombardier”-dən rüşvət alıblar. Hüquq-mühafizə orqanları diqqətə çatdırır ki, 2013-cü ildə keçirilən tenderdə daha ucuz qiymətlər təklif edən başqa kompaniyalar da iştirak edib, amma kontrakt “Bombardier”-lə bağlanıb.
 
Bu məsələyə Azərbaycan tərəfi hələ ki, münasibət bildirməyib. /

Google+ WhatsApp ok.ru