İsveçrədə hicablı şagird məktəbə buraxılmadı

Maide.az-ın məlumatına görə, İsveçrə mediası xəbər verir ki, tələbələrin başlarını bağlaması məktəb əsasnaməsinə zidd olduğu üçün 14 yaşlı şagird məktəbə buraxılmayıb.
 
"Le Matın" qəzetinə açıqlama verən məktəb direktoru, şagirdin ailəsi ilə "konstruktiv danışıqlar" apardıqlarını və həllə nail olacaqlarını qeyd edib.
 
Bern kantonunda məktəblərdə hicab qadağan deyil, amma paltar məsələsinə məktəblər qərar verir.
 
Xəbərdə kantonun Təhsil, Xidmət və Rəhbərlik Kollegiyasının sədri Ervin Sommerın kantonda məktəblərdə geyim zərurəti olmadığı, şagird və tələbələrin istədiyi kimi geyinə biləcəyi və lazım gələrsə, məktəb direktoru ilə danışacaqlarını bildirib.
 
İsveçrədə hicabı qadağan edən yeganə kanton, ölkənin cənubunda yerləşən Ticino kantonufur.

Google+ WhatsApp ok.ru