İsveçrədə məscidə polis basqını

İsveçrədə məscidə polis basqını

İsveçrə polisi, ölkənin şimalında yerləşən Vinterthur şəhərindəki Ənnur məscidinə basqın edərək imam da daxil olmaqla  4 nəfəri həbs edib.
 
Maide.Az xəbər verir ki, polis basqın zamanı məscidə gedən yolları bağlayaraq geniş təhlükəsizlik tədbirləri görüb.
 
Məscidin efiopiyalı olduğu iddia edilən imamı ilə birlikdə digər 3 nəfər polis tərəfindən saxlanılıb, isveçrəli prokurorların adları açıqlanmayan şəxslər haqqında sərt danışıqlarına görə istintaq başladıldığı bildirilib.
 
Prokurorluqdan bildiriblər ki, imam etdiyi moizədə məsciddə camaatla namaz qılmayanları müsəlmanların öldürülməsinə dəvət edib. /

Google+ WhatsApp ok.ru