İsveçrəli gənc Fələstinə dəstək üçün 5 min km yolu piyada gedir-FOTO

İsveçrəli gənc Fələstinə dəstək üçün 5 min km yolu piyada gedir-FOTO

-- Türkiyəyə çatdı

İsveçrəli gənc sionist İsraalin işğalı altında olan Fələstinə dəstək üçün ötən ildən etibarən öz ölkəsindəm piyada səyahətə başlayıb.

Maide.Az xəbər verir ki, qarlı, yağşlı və digər ağır şəraitlərdə dayanmadan yoluna davam edən Bejamin Ladraa adlı gənc bir neçə ölkədən keçərək Türkiyəyə çatıb.

Onun hədəfi ümumilikdə 5000 km yol qət edərək Fələstinə çatmaqdır.

Yanında Fələstin bayrağı da daşıyan Benjamin, keçdiyi ölkələrdə Fələstində baş verən hadisələr barədə də məlumatlar paylaşır, isnanları İsrail zülmü barədə məlumatlandırır.

O, heç bir təşkilata və ya quruma bağlı olmadan fərdi şəkildə etiraz aksiyasına davam edir.

Google+ WhatsApp ok.ru