Süveyş kanalı çökdü: 250 fəhlə dağıntılar altında qaldı

Misirin son dövrdəki ən böyük layihələrindən olan Yeni Süveyş Kanalının bir hissəsi dağılıb. Yerli mənbələr 250 fəhlənin yox olduğunu bildirirlər.
 
Maide.az xəbər verir ki, polis mənbələrindən alınan məlumata görə, Yeni Süveyş Kanalının şərqindəki hovuzlardan biri qismən dağılıb. Hadisədə ölən və yaralananın olmadığı bildirilir. Yerli mənbələr isə 250 fəhlənin yox olduğunu irəli sürüb. Misir rəsmilərindən hələ bir açıqlama verilməyib.
 
Süveyş Kanalının Qırmızı və Aralıq dəniz tərəfindəki hissələrinin genişləndirilməsi ilə yanaşı "orta ərazilərdə" 35 kilometrlik məsafə üçün də paralel bir kanal açılması planlaşdırılır. Genişləndirmə işindən sonra əvvəllər bəzi nöqtələrdə keçid üçün gözləyən gəmilər qarşılıqlı gediş-gəliş imkanına sahib olacaq. Bu layihə Süveyş Kanalından keçən gəmi sayını çoxaldacaq və 2023-cü ildə Misirin kanaldan əldə etdiyi gəlir 2 dəfə artacaq.

Google+ WhatsApp ok.ru