Sərhəd xidməti tərəfindən axtarışda olan 379 nəfər tutulub 14 İyun 2017 01:00 Hərb Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb. Maide.İnfo-nun verdiyi xəbərə görə, DSX-nin Mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozarkən 949 halda 1253 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 379 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. / Teqlər : #Sərhəd xidməti tərəfindən axtarışda olan 379 nəfər tutulub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və Gürcüstan hərbi sahədə əməkdaşlığın perspektivlərini müzakirə edib Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'