Səudiyyə Bəsrədə konsulluq açacaq

Səudiyyə Bəsrədə konsulluq açacaq

-- İraq hökuməti ilə razılıq əldə olunub

Səudiyyə Ərəbistanı İraqda yeni konsulluq açmağı planlaşdırır.
 
Maide.Az "iraqinews"- a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının İraqdakı səfiri Əbdüləziz əl-Şəmri məlumat verib.
 
Onun sözlərinə görə,  İraqın İran və Küveytlə sərhəddə yerləşən Bəsrə şəhərində kondulluğun sçılmsdı ilə bağlı İraq hökuməti ilə razılıq əldə olunub.   
 
Qeyd edək ki, bundan əvvəl Səudiyyə krallıq rejimi Nəcəf şəhərində də konsulluq açılması üçün İraq hökumətinə rəsmi məktubla müraciət etmişdi.

Google+ WhatsApp ok.ru