Səudiyyə  Ərəbistan və İngiltərə  arasında yeni hərbi əməkdaşlıq sazişi imzalanıb

Səudiyyə Ərəbistan və İngiltərə arasında yeni hərbi əməkdaşlıq sazişi imzalanıb

Səudiyyə  Ərəbistan və İngiltərə arasında yeni hərbi əməkdaşlıq sazişi imzalanıb.  

Maide.Az xəbər verir ki, ötən gün Səudiyyə Ərəbistanının müdafiə naziri, vəliəhd Məhəmməd bin Salman ilə İngiltərənin müdafiə naziri Maykl Fellon arasıında Ciddə şəhərində hərbi əməkdaşlıq sazişi imzalanıb. 
 
Tərəflər həmçinin regionda baş verən proseslər haqqında müzakirələr aparıb. 
 
Ali-Səud rejimi Amerika, İngiltərə və İsrailin dəstəyi ilə Yəmənə hücum edərək, bu ölkədə yenidən diktatorluq rejimini hakimiyyətə gətirməyə çalışır. 
 
Səudiyyə Ərəbistanının 2015-ci ildən indiyədək Yəmənə olan hücumları zamanı, təcavüzkar qüvvələr qadağan edilmiş silahlardan istifadə edərək, əsasən sivil əhalini hədəfə almaqla böyük cinayətlər törədib. Yəmənə edilən hücumlarda əsasən sivil infrastrukturlar, o cümlədən yaşayış massivləri, xəstəxanalar, məktəblər, limanlar, körpülər, ollar, dövlət binaları, elektrik stansiyaları və hətta qəbirstanlıqlar hədəfə alınıb, ölkə səviyyəsində böyük dağıntılar törədilib.
 
İnsan Haqlrına Nəzarət Təşkilatı daha 7 beyəlxalq təşkilat ilə birlikdə bir bəyanat yayaraq, Ərəbistanın Yəmənə qarşı müharibə cinayətlərini nəzərə alaraq, bu ölkəyə silah satışının dayandırılmasını istəyib.
 
Səudiyyə Ərəbistanına silah satan ölkələr sirasında İngiltərə və Amerika öncüldür. /

Google+ WhatsApp ok.ru