Ötən gün ərzində 61 cinayət faktı qeydə alınıb

Dekabrın 8-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 61 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
 
Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
 
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
 
Cinayət törətdiyinə görə 36 nəfər tutulub.

Google+ WhatsApp ok.ru