Təkfirçilər yanvar ayında 539 müsəlman öldürüblər

Beynəlxalq İnsan Haqları Monitorinq Təşkilatlarının hesabatına görə, təkfirçi terror təşkilatları ilin ilk ayında da müsəlmanları hədəf alıb.
 
Maide.az hesabata əsasən xəbər verir ki, terrorçuların intihar aktı, odlu silah və bombalama üsulları ilə təşkil etdikləri hücumlarda yanvar ayında İraqda 438, Pakistanda 91, Suriyada 9 və Bəhreyndə 1 olmaqla cəmi 539 nəfər həyatını itirib.
 
Hücumlarda yenə İraqda 235, Pakistanda 66, Suriyada 37 və Bəhreyndə 46 olmaqla 384 nəfər də yaralanıb.
 
Aralarında uşaq, qadın və yaşlıların da olduğu dinc və müdafiəsiz insanları hədəf alan terrorçuların hücumlarında çoxlu sayda məscid, türbə, təhsil və mədəniyyət mərkəzləri də viran olub.
 
Məsum insanları və müqəddəs məkanları hədəf alan hücumların məsuliyyətlərini İŞİD, Əl-Nusra, Əl-Qaidə, Taliban, Sipahe Sahaba, Ləşkəri Cəngvi və digər təkfirçi terror təşkilatları üzərinə götürüb.
 
Sələfi-vəhabi ideologiyasına malik bu təşkilatlar, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə Pakistan və digər bəzi region ölkələrindəki siyasi-dini qruplar tərəfindən hərbi, maliyyə və maddi-texniki sahələrdə himayə edilir.
 
Əksəriyyətlə təhsilsiz, residivist, ağıldankəm və radikallardan ibarət olan təşkilatların ABŞ, İngiltərə və İsrail başda olmaqla digər bəzi Avropa ölkələrinin xüsusi xidmət orqanları tərəfindən təlim gördüyü, taktika verildiyi və müasir silahlarla təchiz edildiyi vaxtaşırı olaraq dünya mətbuatında yazılır.
 
Hesabatda həmçinin təkfirçi terrorçuların hücumlarında can verən və yaralanan çoxlu sayda insanın qeydiyyatdan keçmədiyi üçün statistikalarda yer almadığı bildirilib.

Google+ WhatsApp ok.ru