Təkərli məscid hazırlanır

Məscid əvvəl Kazan, sonra Moskvada işə başlayacaq

Maide.az-ın məlumatına görə, dünyanın ilk təkərli məscidi Kazanda hazırlanacaq. Məscid Kazandakı reyddən sonra Moskvaya gələcək. 
 
Məscidin içərisində dua üçün yer, namaz zalı və halal qida verilən kafe olacaq. 
 
Rusiyada yaşayan müsəlmanlar mobil məscid üçün 850 min rubl toplayıblar. Bu məscid sayəsində ibadət evi olmayan yerlərdə belə dua edib, namaz qılmaq mümkün olacaq. 
 
Hələlik təkərli məscidin ü zərində son işlər aparılır. Layihənin yaradıcıları isə onun Moskvaya gətirilməsi üçün danışıqlara başlayıblar. 
 
"Burada problem olmamalıdır. Çünki Moskva küçələri ilə bir neçə ildir ki, mobil sinaqoq "Mitsva tank" hərəkət edir". 
 
Məscidin xidmətlərinən pulsuz istifadə etmək mümkün olacaq. Bunun üçün ancaq müvafiq sayta müraciət etmək lazımdır. Bundan sonra avtomobil-məscid siz istəyən yerə gələcək.

Google+ WhatsApp ok.ru