Tərtərdə şiddətli döyüşlər gedir: Düşmənin 5 hərbçisi məhv edilib, 10-u yaralanıb - RƏSMİ 21 Aprel 2015 01:00 Hərb Azərbaycan Ordusu düşmənə ağır zərbə vurub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib. Qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbçisi məhv edilib, 10 nəfərədək yaralısı var. Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaq. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır./ Teqlər : #Tərtərdə şiddətli döyüşlər gedir: Düşmənin 5 hərbçisi məhv edilib,#10u yaralanıb RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanla İran müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər Səfər Əbiyevin ən yaxın adamı olmuş şəxs hakimiyyətə savaş açır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'