Təyyarə sahəsində inqilabi yenilik - Video

“Airbus” şirkəti tərəfindən hazırlanan və elektriklə çalışan “E-Fan” təyyarəsi ilk dəfə Böyük Britaniya ilə Fransanı ayıran La –Manş boğazından keçib.  

Axar.az xəbər verir ki, təyyarə İngiltərənin Lidd qəsəbəsindən Fransanın Kalais şəhərinə qədər uçuşu problemsiz tamamlayıb. İki yerlik və iki motorlu “E-Fan” elektrik təyyarəsi La-Manş boğazını 36 dəqiqəyə keçib.  

Texniki göstəricilərinə gəlincə, 6,7 metr uzunluğa və 9,5 metr qanad məsafəsinə sahib olan bu təyyarə 250 V litium-ion polimer batareyalar vasitəsilə uçur.   İki yerlik yenilənmiş versiyası ilə 2017-ci ildə istehsal ediləcəyi gözlənilən “Airbus E-Fan” təyyarəsi bu sahədə inqilabi yenilik sayıla bilər.  /

Google+ WhatsApp ok.ru