Təl-Əviv sakinləri fələstinlilərə hücumları pislədi

Sionist rejim sakinləri sionist ifratçıların fələstinlilərə hücumlarına qarşı aksiya keçiriblər.
Maide.az Fransa İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Təl-Əviv şəhəri sakinləri şənbə günü bu şəhər küçələrinə axışaraq sionist ifratçıların fələstinlilərə hücumlarını pisləyiblər. 
Təxminən 2 min sakin sionist rejimdən fələstinlilərə hücumların amillərinin həbs olunaraq cəzalandırılmasını tələb edib. 
Bu məlumata görə, sionist rejimin digər şəhərləri də ifratçıların fələstinlilərə hücumlarına qarşı aksiyaların şahidi olub. 
Sionistlərin fələstinlilərə qarşı irqçilik hərəkətləri son aylarda kəskin şəkildə artmışdır. 
Sionist qəsəbə sakinlərinin fələstinlilərə hücumlarından əlavə, sionist hərbçilər də fələstinlilərə qarşı hücumlar və həbslərini artırıblar./
 

Google+ WhatsApp ok.ru