Ötən il 23, bu il 6 ana ölümü qeydə alınıb

Сərşənbə günü  mətbuatda 2016-cı ilin yanvar ayı ərzində ölkədə 6 ana ölümü faktının qeydə alınması ilə bağlı məlumat yayılıb. “Ana ölümü” deyərkən nəyin nəzərdə tutulduğu açıqlanmadığından informasiya çaşqınlıq yaratmaqla bərabər sosial şəbəkələrdə də geniş müzakirə olunub.
 
“Turan”ın bununla bağlı  müraciətinə Səhiyyə Nazirliyindən bildirilib ki,  “Ana ölümü” dedikdə hamiləlik, doğuş və zahılq dövründə baş verən ölümlər nəzərdə tutulur.
 
 6 ildir ki,  Nazirliyin nəzdində hamiləlik, doğuş və zahılıq dövründə  ölüm, mamalıq ağırlaşmalarını araşdıran xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın  ölüm halları ilə bağlı araşdırmalarının nəticələri prokurorluğa  da göndərilir. Ötən il  23, bu ilin lik ayında isa 6 ana ölümü hadisəsi  baş verib. Təqribən 300- ə yaxın ananı isə kritik durumdan çıxarmaq mümkün olub”. 
 
Nazirliyin təhlillərinə görə,  “ana ölümü statistikasında azalma müşahidə olunur. Burda həkim səhvi ilə yanaşı, xəstələrin və onları ailə üzvlərinin də səhvi var. Hamilə qadınlar arasında vaxtında uçota durmamaq, uyğun müayinə və analizlərin aparılmaması, həkimə gec müraciət olunması doğuş zamanı  ağırlaşmalara səbəb olur”.

Google+ WhatsApp ok.ru