Təbriz-Bakı-Təbriz aviareysi bərpa olunacaq

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəsl Qarayevlə  aparılan danışıqlarda  Təbriz-Bakı-Təbriz aviareysinin bərpa olunması ilə bağlı danışıqlar aparıldı və Azərbaycan tərəfi bu reysin bərpasına müsbət yanaşır.
 
Maide.az xəbər verir ki, bunu İranın Mədəni irs, Turizm və Əl işləri Təşkilatının Şərqi Azərbaycan bölgəsi üzrə nümayəndəliyinin direktor müavini Əhməd  Həmzəzadə deyib. 
Ə.Həmzəzadə deyib ki, Bakı və Təbriz arasında turizm əlaqələrinin inkişaf etdirilməsində maraqlıyıq və bu sahədə səylərimizi davam etdiririk.
Onun sözlərinə görə, Təbriz şəhəri 2018-ciildə  İslam Ölkələrinin turizm paytaxtı  seçilib və biz turizmin inkişafı sahəsində mövcud maneələri aradan qaldırmağa çalışırıq.
Qeyd edək ki, indiyədək Təbriz-Bakı-Təbriz aviareysi üzrə  uçuşlar  bir neçə dəfə baş tutsada sonradan həmin uçuşların dayandırılması səbəbləri açıqlanmayıb. 
Yanvar ayında Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənki demişdi ki,  İran Təbriz-Bakı-Təbriz və Məşəd-Bakı-Məşəd aviareyslərinin İran aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycana müraciət edib.
 
 

Google+ WhatsApp ok.ru