Təvaf zamanı selfi başqa zəvvarlara mane olur

Təvaf zamanı selfi başqa zəvvarlara mane olur

Kəbə evinin ətrafında təvaf edərkən selfi və yaxud video çəkdirmək digər ziyarətçilərə mane olur.

Maide.Az xarici mediaya istinadən məlumat verir ki, mübarək Ramazan ayında bu cür işlər digər zəvvarlara xüsusi bir çətinliklər yaşadır. Ramazan ayında müqəddəs Kəbə evinin ziyarətçiləri çoxalır və belə olan halda, Əl-Həram məscidini fırlanmaq daha da çətinləşir.

Zəvvarlardan biri Həsən al-Həmdi bildirib ki, təvaf zamanı bəzi adamlar dayanaraq yaxınları üçün selfi edirlər, bu da öz növbəsində digər ziyarətçilərə narahatçılıq yaradır, xüsusən yaşlı nəsil insanlara.

Bir çox zəvvarlar təvaf zamanı selfi çəkdirməyin qadağan olmasını istəyirlər. /

Google+ WhatsApp ok.ru