Tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb

Tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb

 
Bakıda intihar hadisəsi baş verib.
 
Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru