Ötən il Azərbaycanda 924 nəfər qidadan zəhərlənib, iki nəfər ölüb

Ötən il Azərbaycanda 924 nəfər qidadan zəhərlənib, iki nəfər ölüb

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi hadisəsi baş verib, 924 nəfər zərər çəkib.
 
APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik hesabatında bildirilib.
 
Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib.
 
Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib.
 
Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb.

Google+ WhatsApp ok.ru