Ötən il 2 milyon 884 min  nəfər cərimələnib

Ötən il 2 milyon 884 min nəfər cərimələnib

Azərbaycanda yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.
 
Nazir bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 13 faiz artaraq 2.861.880 inzibati xəta təşkil edib. O cümlədən sürət həddinin aşılması ilə bağlı təxminən 2 dəfə, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 20 faiz, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı isə 37 faiz çox fakt müəyyən olunub.
 
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2015-ci illə müqayisədə 12,5 faiz çox və ya 2.970.367 protokol tərtib edilib. Nəticədə 2.884.578 nəfər cərimələnib, 3.858 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 47.236 şəxsə xəbərdarlıq edilib.
 

Google+ WhatsApp ok.ru