Ötən ay 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb 09 Fevral 2017 02:00 Ölkə Bu ilin yanvar ayında Azərbaycanda 31 qida zəhərlənməsi faktı qeydə alınıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev məlumat verib. O bildirib ki, hadisələr nəticəsində 44 nəfər zərər çəkib. N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb: “Ölüm hadisəsi Şəmkir rayonunda qeydə alınıb. Belə ki, ev şəraitində hazırlanan pomidor turşusundan bir ailə zəhərlənib, onlardan 2010-cu il təvəllüdlü Hüseyn Namazov zəhərlənmədən ölüb”. / Teqlər : #Ötən ay 54 nəfər qidadan zəhərlənib,#bir uşaq ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qazanxanaların yaşayış binalarına bitişik olmasına icazə verilməyəcək - QƏRAR Əhalini zəlzələ və seldən qorumaq üçün atılacaq addımlar müəyyənləşdirilib