Ötən il Azərbaycanda baş verən yol qəzalarının STATİSTİKASI 29 Mart 2017 01:00 Hadisə Azərbaycanın avtomagistral yollarında baş vermiş qəzaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ümumilikdə 2006 yol nəqliyyat hadisəsi baş verib. Respublikanın avtomagistral yollarda isə 260 yol qəza hadisəsi qeydə alınıb. Qəza nəticəsində 759 nəfər ölüb, 2003 nəfər isə yaralanıb. Ölənlərin 34 nəfəri 9 yaşdan kiçik, 16 nəfəri 10-14 yaşında, 536 nəfər 25-64 yaşında, 105 nəfərin isə yaşı 65-dən çox olub. Yaralanların isə 80 nəfəri 9 yaşdan kiçik, 1437 nəfəri 25-64 yaşında, 89 nəfərinin isə 65-dən çox yaşı olub Baş vermiş hadisələrin 883-ü gündüz, 393-ü toran vaxtı, 730 nəfəri isə gecə vaxtı baş verib. / Teqlər : #Ötən il Azərbaycanda baş verən yol qəzalarının STATİSTİKASI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəranda İran İslam Respublikasına məxsus yük avtomobilləri yanıb: xəsarət alan var - FOTO Dünən baş verən yol qəzalarının statistikası açılanıb