Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı AÇIQLAMA 12 İyul 2017 01:00 Ölkə Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var. Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək. Təhsil Nazirliyi orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır. Bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Nazirlikdən həmçinin bildirilib ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətmir. Yəni dərslər sentyabrın 15-i başlayıb, iyunun 14-də bitəcək. Teqlər : #Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin ölümündən 5 il ötür - FOTO Qəbul imtahanında iştirak edəcək abituriyentlərin sayı məlum oldu