Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub

Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub

Hər üç şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub.
 
Hadisə Suraxanı, Nizami və Sabunçu rayonlarında qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ələkbərov Canpolad Baba oğlunu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb.
 
İkinci hadisə "8-ci kilometr bazarı"nın qarşısında baş verib. Avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Etibarova İnar Sədrəddin qızını minik avtomobili vurub. O, ağır xəsarət alıb.
 
Digər yol-nəqliyyat hadisəsi isə Bilgəh qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyev Tural Əli oğlu çimərlik ərazisindən çıxaraq çörək almağa gedərkən onu minik avtomobili vurub. T.Əliyev kəllə beyin travması alıb. Hər üç şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb. (report) /

Google+ WhatsApp ok.ru