Ötən il Azərbaycanda 12911 yanğın qeydə alınıb

Ötən il Azərbaycanda 12911 yanğın qeydə alınıb

-- Bu da 2016-cı il ilə müqayisədə 24% çoxdur.

Ötən il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
 
Maide.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, 2017-ci ildə respublikada 84 partlayış hadisəsi baş verib. Bu da 2016-cı il ilə müqayisədə 16 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 17 nəfər ölüb, 87 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 1 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub.
 
Ötən il baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib. Yanğın hadisələri zamanı 51 nəfər ölüb, 225 nəfər xəsarət alıb. Buda ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 6% az, xəsarət alanlar üzrə 79 nəfər və ya 54% çoxdur.
 
2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, buda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər ölüb, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub.
 

Google+ WhatsApp ok.ru