Ötən il dərman zəhərlənməsindən bir nəfər dünyasını dəyişib

Ötən il dərman zəhərlənməsindən bir nəfər dünyasını dəyişib

"Ötən həftə ərzində dərman zəhərlənməsi ilə bağlı 12 müraciət daxil olub. Onlardan yalnız 3-ü xəstəxanaya yatırılıb. Müraciət edənlər arasında uşaqlar olmayıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.
 
Toksikoloqun sözlərinə görə, zəhərlənmələr sakitləşdirici və antidepressant dərmanlardan baş verib: "Xəstə dərmanı artıq dozada qəbul etdiyi üçün bədəndə zəhərlənmə yaranıb. Xəstələrdən biri antibiotik qəbul edib və bədəninə düşmədiyi üçün zəhərlənmə baş verib. Digəri isə yuxu dərmanı qəbul etdiyi üçün zəhərlənib".
 
"Dərmanı artıq dozada qəbul edən xəstə psixoloji durumuna görə nəzarətdə qalmalı idi. Lakin ona nəzarət zəif olduğu üçün həmin şəxs dozanı artıq qəbul edib" – deyə A.Maqsudov əlavə edib
 
Toksikoloq ölənlərlə bağlı da açıqlama verib: "Bu ilin ilk aylarında dərman zəhərlənməsi ilə bağlı ölən olmayıb. Ötən il isə yalnız 1 nəfər dünyasını dəyişib. Həmin şəxsin 41 yaşı olub". /sputnik.az /
 
 
 
 

Google+ WhatsApp ok.ru