Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildirib- Yenilənib -video 01 İyun 2020 15:56 Xəbərlər "İyunun 1-də saat 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-yə yaxın media mənsubu Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş ediblər". "Report"un xəbərinə görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixində qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb: "Buna baxmayaraq, Nazirliyə müraciət edən 3 tələbə - Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub. Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli Nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib. Bundan əlavə, tələbə Allahverdi Həsənov Nazirlik tərəfindən istifadəyə verilən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün qeydiyyat portalında (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat verib". "Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov Nazirlər Kabineti tərəfindən 19 may 2020-ci il tarixində qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarın müddəaları və həmin qərar əsasında ali və orta ixtisas müəssisələri tərəfindən bu tədris ilin sonunda imtahanların keçirilməsi qaydası barədə məlumat verib. Bundan əlavə, mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacağı qeyd edilib. Bununla da yay imtahan sessiyasında bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulanıb, tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunub. Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilib, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilib. Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər", - nazirlik rəsmisi vurğulayıb. **** Bir qrup tələbə və fəallar bu gün Təhsil Nazirliyi qarşısında tutuldu "Ödənişi və imtahanları ləğv edin!" şüarı ilə aksiya keçirməyə cəhd edib. Maide.Az “Turan”a istinadla xəbər verirki, aksiya iştirakçıları təhsil haqqının baha olmasına etiraz edib. Polis Təhsil Nazirliyinin qarşısına toplaşanlardan sosial məsafəni saxlamağı və karantin rejimini pozmamağı tələb edib. Aksiya iştirakçılardan bir neçə nəfərin saxlanıldığı bildirilir. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a açıqlamasında məsələni araşdırdıqdan sonra məlumat verə biləcəyini bildirib. Teqlər : #Təhsil,#Nazirliyi,#tələbələrin,#aksiyasına,#münasibət,#bildirib,#Yenilənib,#video, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Qaçqınkom’un qarşısında aksiyaya cəhd edilib - VİDEO İƏT və BMT-nin birgə virtual konfransında qlobal həmrəylik məsələləri müzakirə edilib Xəbərlər Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq Livan parlament seçkilərinin vaxtı açıqlanıb Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək İran prezidenti nüvə danışıqlarında Qərb ölkələrini ciddi olmağa çağırdı Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib ABŞ müdafiə naziri Gürcüstana səfər edib Moskva metrosunda 'üz tanıma sistemi ilə ödəniş' oldu Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb Oktyabrın 18-dən hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ Şəhidimiz bu gün dəfn olunacaq - FOTO Livan Ali Müdafiə Şurasının təcili iclası çağırılıb Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır - FOTO Peşə təhsili üzrə ixtisasların sayı artırılıb Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO Norveçdə yeni baş nazirin adı məlum oldu Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı Norveçin Baş naziri və hökuməti istefa verib Qırğızıstana yeni Baş nazir təyin edilib Rusiya Dövlət Dumasına sədr seçilib 'Toyota' Ginnessin rekorduna imza atıb Əlcəzairdə 500 fransa şirkəti baykot olundu Avstriyanın yeni kansleri and içib - YENİLƏNİB Bu gündən COVID-19 pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi - FOTO Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil edilir Batumidə yaşayış binası çöküb - YENİLƏNİB Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi İraq parlamenti buraxılıb Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq Dini liderlərin VII qurultayının tarixi açıqlanıb Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb