Tacikistanda 7 nəfər İŞİD-lə əməkdaşlıq ittihamı həbs olunub

Tacikistan 7 nəfəri İŞİD-lə əməkdaşlıq ittihamı ilə həbsə məhkum edib
 Maide.az xəbər verir ki, Tacikistanın cənubundakı Xatlun vilayət məhkəməsinin hakimi hökm çıxararaq, həmin 7 nəfəri, o cümlədən 18 yaşadək üç gənci terrorist düşüncələrini yaymaq və Suriyada İŞİD təkfirçi terrorist qruplaşmasının əməliyyatlarında iştirak etmək üçün əlavə qüvvələr cəlb etmək ittihamı ilə 7-27 ilədək həbs cəzasına məhkum edib.
İtartass Agentliyinin Duşənbə şəhərindən verdiyi məlumata görə və Tacikistan Milli Təhlükəsizlik Komitəsinin bildirdiyinə görə, bu ölkənin 700 dən çox vətəndaşı, xüsusilə də gənclər Suriyada, İraqda və Əfqanıstanda İŞİD təkfirçi terrorist qruplaşmasının sıralarında döyüşürlər. /
 

Google+ WhatsApp ok.ru