Tacikistanda hicaba görə pul cəzası tətbiq olundu

Tacikistanda hicaba görə pul cəzası tətbiq olundu

Verilən son məlumatlara əsasən, Tacikistanın paytaxtında hicablı qadınlara qarşı basqılar günü-gündən artmaqdadır.
 
Tacikistanın paytaxtında hicablı qadınlara qarşı basqılar günü-gündən artmaqdadır.
 
Boynu açıq, təkcə başının bir hissəsini örtən kiçik hicab şəklində örtməyən müsəlman qadınlara 114 dollar pul cəzası tətbiq olunub.
 
Tacikistanda müsəlman qadınların baş, boyun və sinəsini örtən hicab şəklinə "satr" deyilir. Tacik polisi müsəlman qadınlardan "satr"ı çıxardaraq boynu açıq, təkcə başının bir hissəsini örtən kiçik hicab şəklində bağlanması məsələsində təzyiq göstərir.
 
"Asiya-Plus" agentliyində yayımlanan xəbərə görə, bunu qəbul etməyən müsəlman qadınlara 114 dollar məbləğində pul cəzası tətbiq olunur. (eastnews) /

Google+ WhatsApp ok.ru