Tacikistanda SMS-lərə də qadağa qoyuldu

Tacikistanın mobil rabitə operatorları Düşənbə sakinləri üçün qısa mətn  (SMS) xidmətini ləğv ediblər. 
Maide.az-ın Beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, bu haqda məlumatı mobil şirkətlərin birindən mənbə  məlumat verib. 
Mənbənin dediyinə görə, bu qadağa oktyabır ayının 10-da günün ikinci yarısında, hakimiyyətin göstərişi ilə və  müxalifət tərəfindən mitinqə hazırllıqların qarşını almaq məqsədi ilə baş tutub.  " Oktyabır ayının 9-da axşam vaxtı biz sms xidmətinin söndürülməsi ilə bağlı əmr aldıq və onu icra etdik. Səbəbini bizə bildirmədilər. Qadağa nə qədər davam edəcəksə onu da blmirik" - deyə  mobil şirkət nümayəndəsi bildirib. 
Qeyd edək ki, bundan öncə Tacikistanda bir sıra internet-provayderlər "Facebook" sosial şəbəkəsinə giriş qadağan edilib. Lakin hələlik bu qərarla bağlı heç bir rəsmi  açıqlama verilməyib.
 
Məlumata görə, Tacikistan hökuməti yanında rabitə xidməti internet-provayderlər və mobil operatorlardan "Facebook"un məhdudlaşdırılmasını tələb edib.//

 

Google+ WhatsApp ok.ru