`Talana son!` deyənlər Yerevanda yürüş edəcəklər

Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz məqsədilə yaradılan "Talana son!" təşəbbüs qrupu Baş Prokurorluğa yürüş təşkil edəcək.Onların əsas tələbi iyunun 23-də aksiya iştirakçılarına qarşı sərt zorakılıq tətbiq edən milislərin cəzalandırılması olacaq.
 
Digər məlumata görə, iyulun 14-də milislərin iyunun 23-də keçirilən mitinq zamanı jurnalistlərə qarşı da zorakılıq tətbiq etməsi ilə bağlı Ermənistanın bir sıra kütləvi informasiya vasitəsi birgə bəyanat qəbul edib. KİV rəhbərləri bəyanatda jurnalistlərə qarşı repressiyaları pisləyir və azad sözün müdafiəsi üçün hər zaman mübarizə aparacaqlarını xüsusilə vurğulayıblar.

Google+ WhatsApp ok.ru