Taliban Əfqanıstanda bir şəhərə nəzarəti ələ keçirib

Taliban Əfqanıstanda bir şəhərə nəzarəti ələ keçirib

Əfqanıstan rəsmiləri deyir ki, Taliban qruplaşma üzvləri  Əfqanıstanın şimalında  bir bölgəni işğal edib və hökumət qüvvələri həmin bölgədən geri çəkilib. 
 
Maide.Az xəbər verirki,Taliban qruplaşması bu gün səhər Qunduz vilayətində Xanabad bölgəsini nəzarət altına alıblar.  “Taliban Xanabad bölgəsinə hücumları başladı,biz bir neçə saat müqavimət göstərdik, dəstək gəlmədi və bölgə Talibanın nəzarəti altına keçdi”, -deyə Xanabad bölgəsinin bələdiyyə sədri Həyatullah Əmiri deyib. 
 
Qunduz vilayətinin polis  rəsmisi  Məhəmmədullah Bahəc  deyib ki, hazırda  Xanabad bölgəsinin geri alınması üçün təhlükəsizlik qüvvələri əməliyyata hazırlaşırlar. 
 
Talibanın  Xanabada hücumu nəticəsində yüzlərlə dinc sakin evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru