Talibana istiqamətli əməliyyatlarda 40 nəfər ölüb

Əfqanıstanın fərqli bölgələrində Talibana qarşı əməliyyatlarda 40 nəfərin öldürüldüyü bildirilir.
 
Maide.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin yazılı açıqlamasında son 24 saatda Helmand, Vardak, Qaznə və Nanqarhar şəhərlərində Əfqan gücləri tərəfindən Talibana qarşı əməliyyatlarda 30 terrorçu ilə 10 əfqan əsgəri ölüb.
 
Nazirlik əməliyyatlarda 14 terrorçunun yaralandığını, 15 Taliban üzvünün də nəzarətə alındığını açıqlayıb. Əməliyyatlarda çoxlu sayda silah və partlayıcı ələ keçirilib.

Google+ WhatsApp ok.ru