Taliban lideri 50 terrorçu ilə birgə öldürüldü

Taliban lideri 50 terrorçu ilə birgə öldürüldü

 
Əfqanıstanın Fəryab əyalətində keçirilən hərbi əməliyyatlar nəticəsində 50-dən çox talibançı məhv edilib.
 
Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada hava hücumu nəticəsində terror təşkilatının bölgə lideri Molla Şah Qorinin 50 terrorçu ilə birlikdə öldürüldüyü deyilib.
 
Hava hücumundan sonra keçirilən yerüstü əməliyyat nəticəsində də çoxlu sayda terrorçu ələ keçirilib.
 
Fəryab vilayəti Talibanın son vaxtlar ən aktiv olduğu bölgələrdən hesab olunur. (axar.az) /

Google+ WhatsApp ok.ru