Taliban Pakistanda səfirlərin olduğu helikopteri vurdu: Norveç və Filippin səfirləri öldü-YENİLƏNİB

Pakistanda Taliban terrorçuları Mi-17 helikopteri partladıblar.

Maide.az-ın "BBC" yə istinadən verdiyi xəbərə görə, sözügedən helikopterin göyərtəsində xarici ölkələrin səfirləri olub.

 

Hadisə nəticəsində Norveçin, Filippinin səfirləri ölüb. Bununla yanaşı helikopterdə Malaziya və İndoneziya səfirlərinin hayat yoldaşları da olublar. Onlar da həlak olanlar sırasındadır.

 

Ümumilikdə 2 pilot daxil olmaqla 11 nəfər həlak olub. Bununla yanaşı 5 nəfər ciddi şəkildə yaralanıb.


Yaralananlar arasında Hollandiya və Polşa səfirləri də var.

 

Taliban terrorçuları bu terror aktının məsuliyyətini üzərinə götürüblər.

 

Məlumata görə, vurulan helikopterə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməli imiş, lakin son anda onun planı dəyişib.

 
*****
 
Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.
 
Maide.az-ın apa-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.
 
“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.
 
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.
 
"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib", - deyə H. Məmmədzadə qeyd edib.

Google+ WhatsApp ok.ru