Taliban qruplaşma üzvləri Qəndəharda 23 dinc sakini öldürüb

Taliban qruplaşma üzvləri Qəndəharda 23 dinc sakini öldürüb

Əfqanıstan polisi elan edib ki, Taliban terror qruplaşması ötən 48 saat ərzində Əfqanıstanın Qəndəhar əyalətində 23 dinc sakini öldürüb. 
 
Maide.Az xəbər verir ki, Əfqanıstan polis rəsmisi general Əbdül-Rəzzaq deyib ki, bu qətllər müxtəlif bölgələrdə baş verib. 
 
O, bu haqda əlavə məlumat verməyib. 
 
Əbdül-Rəzzaq deyib ki, son günlər ərzində 29 taliban üzvü və 6 polis bu bölgədəki qarşıdurmada həyatını itirib. 
 

Google+ WhatsApp ok.ru