Taliban sülh danışıqlarını rədd etdi

Taliban Əfqanıstan hökumətilə sülh danışıqları keçiriləcəyi bildirilən xəbərləri təkzib etdi.
 
Maide.az xəbər verir ki, Taliban sözçüsü Zabiullah Mücahid tərəfindən yayımlanan yazılı açıqlamada, "Mətbuatda Taliban və Əfqanıstan hökuməti arasında Pakistan və ya Çində sülh danışıqlarının başlayacağı ilə bağlı xəbərləri görürük. Sülh ilə bağlı bütün səlahiyyət və məsuliyyət Talibanın Siyasi Bürosuna aiddir və Siyasi Büronun belə bir görüşdən xəbəri yoxdur" deyilir.
 
Qeyd edək ki, Pakistan hökuməti rəsmiləri cümə günü İslamabadın yaxınlığında yerləşən Muri şəhərində Əfqan hökuməti və Taliban nümayəndələri arasında ikinci dəfə rəsmi olaraq sülh danışıqlarının baş tutacağını söyləmişdi.

Google+ WhatsApp ok.ru