İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib

İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib

 İtaliyanın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km şimal-şərqdə, ocağı isə 6 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub. (apa) /

Google+ WhatsApp ok.ru