İtaliyada ictimai nəqliyyatın qara cüməsi

İtaliyada ictimai nəqliyyat sektorunun işçiləri Usb Əmək Birliyinin dəvəti ilə bu gündən 24 saatlıq tətilə başlayıblar.
Maide.az xəbər verir ki, İtaliya xəbər mənbələri bu günü avtobus, metro və tramvay sektoruna 24 saatlıq tətil aksiyasına görə ictimai nəqliyyatın qara cüməsi adlandırıb. Bu isə ölkədə ağır tıxacların yaranması və minlərlə vətəndaşın çaşbaşlığına səbəb olub. 
İtaliya hökumətinin əmək sektorundakı islahatı, özəlləşdirmə, ictimai sərmayələrin özəl sektorlara verilməsi, təqaüd yaşının artırılması, ayrı-seçkiliyin baş verməsi, 8 il öncədən dayandırılan milli müqavilələrin qarşısının alınması, tətil aksiyasının əsas səbəblərindən hesab olunur. 
Roma şəhərində ildə 322 milyon, 48 qatarla 36 km-dan çox ərazidə fəaliyyət göstərən 3 metrodan istifadə edir. Həmçinin ildə 51 milyon sərnişin şəhər və şəhərətrafı 84 qatardan istifadə edir./
 

Google+ WhatsApp ok.ru