İtaliyada zəlzələdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

İtaliyada zəlzələdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

İtaliyanın mərkəzində baş verən zəlzələ zamanı ölənlərin sayı 40-a yaxınlaşır. 
 
Bu barədə İtaliya Vətəndaş Müdafiəsi Milli Xidmətinin mətbuat katibi İmmakolata Pastilone keçirdiyi mətbuat konfransında deyib.
 
Əvvəlcə o, ölənlərin sayının 38 olduğunu deyib. İ. Pastilone bildirib ki, 28 nəfər Akkumoli və Amatriçe şəhərləri arasında, 10 nəfər isə Arkuata-del-Toronto ərazisində ölüb. 
 
Konfransın sonuna yaxın isə ölənlərin sayının artdığını əlavə edib. İ. Pastilone bildirib ki, çoxlu sayda insan hazırda itkin hesab olunur və buna görə də ölənlərin sayı arta bilər. Dövlət rəsmisinin sözlərinə görə, təbii fəlakətin dağlıq ərazidə baş verməsi xilasetmə işlərini çətinləşdirir.  (apa)
 
 

Google+ WhatsApp ok.ru