İtaliyanın Qahirədəki konsulluğu qarşısında partlayış baş verib: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Bu gün səhər saatlarında İtaliyanın Qahirədəki konsulluğu binası qarşısında partlayış olub.
 
Partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
İlkin məlumatlara görə, diplomatik missiya yaxınlığında saxlanılmış avtomobildə yerləşdirilən partlayıcı qurğu uzaqdan idarə olunan cihaz vasitəsi ilə işə salınıb.
 
Xəsarət alanlardan ikisinin konsulluğu mühafizə edən polis işçisi olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru