İtalyada məscidlərə zidd qanun ləğv olundu

İtalya Ali  Məhkəməsi bu ölkənin şimalında Lombardiya regionunda məscidlərin  tikintisinə məhdudiyyət qoyan  qanunu ləğv edib.
 
Maide.az xəbər verir ki, “Məscidlərə zidd” qanun adlanan bu qanun  2015-ci ildə  İtaliyanın Şimal Liqası Partiyasının təşəbbüsü ilə immiqrantlara qarşı  qəbul olunmuşdu.
 
Qanunda  məscidlərə qarşı çox sərt qaydalar yer almışdı və  Lombardiya regionu müsəlmanlarını incitmək məqsədi ilə qəbul olunmuşdu. Qanunda göstərilirdi ki, məscid tikilməzdən öncə yerli əhali arasında  səsvermə  keçriilməli idi və onların  verəcəyi səsə görə məscidin tikilib-tikilməyəcəyinə qərar veriləcəkdi.
İtalyanın Daxili İşlərNazirliyinin məlumatına görə, 2015-ci ilin əvvəlinə olan statistikaya görə, bu ölkə əhalisinin 1.6 faizi müsəlmanlardır.  Müsəlmanları 26.5 faizi isə Lombardiya  regionunda məskunlaşıblar.İtalyanın ən qədim məscidi də bu bölgədədir. 
 
Baxmayaraq ki, İtalyada müsəlmanların ibadəti üçün 700  yer ayrılıb, lakin yalnız rəsmi olaraq 7 yer məscid kimi tanınır. 
 
Ötən il “Məscidlərə zidd”qanun qəbulu bir çox fəalların  etirazına səbəb olmuşdu. Onlar bu qanunu  söz azadlığı və vətəndaşların birgə yaşama hüquqlarının pozulması kimi dəyərləndirirdi. /
 
 

Google+ WhatsApp ok.ru