İtalyanın baş naziri 250 nəfərlik heyətlə İrana səfər edir

İtaliyanın baş naziri Matteo Rensi həftənin  aprelin 12-də  böyük nümayəndə heyəti ilə Tehrana səfər edəcək.  
 
Maide.az  xəbər verir ki,  M.Rensini  bu səfərdə  250 nəfə müşaiyət edəcək. Onlar  İtalyanın bir sıra  siyasi və iqtisadi rəsmiləri, bank rəhbərləri,  tacirlər və sənaye  sahibləridir. 
 
Səfərdə İtalyanın ENİ neft-qaz korporasiyasının nümayəndələri də olacaq.  İki günlük səfər zamanı  İtalyalı nazir  İran rəsmiləri ilə görüşəcək.  İtalya və İran  tacirləri,  şirkət rəhbərlərinin iştirakı ilə biznesforum  keçiriləcək. Həmçinin iki ölkə arasında  turizm, ətraf mühit, dəmir yolu, texnologiya və elm sahəsində bir sıra  sənədlər imzalanacaq. 
 
İrana  qarşı sanksiyalar ləğv edildikdən sonra  İtalya  Avropa  ölkələri arasında İranla münasibətləri inkişaf etməkdə  maraqlı olan qabaqcıl ölkələrdəndir.
 
Yanvar ayının sonlarında İran prezidenti Həsən Ruhani İtalyaya səfər etmişdi.Səfərdə  Ruhanini ölkənin iqtisadi-siyasi sahələrində çalışan yüksək səviyyəli nümayandə heyəti müşayiət edirdi. Səfər çərçivəsində iki ölkə arasında  14 əməkdaşlıq sazişi imzalanmışdı.İmzalanan  sənədlərin dəyəri 18  milyard dollar təşkil edirdi. Ehtimal olunur  ki,  səfər çərçivəsində bu sənədlərin icrasına başlanılması üçün işlərin sürətləndirilməsi müzakirə olunacaq. /
 
 

Google+ WhatsApp ok.ru